Londonda "BMT-nin sülhməramlı əməliyyatları" mövzusunda müdafiə nazirlərinin görüşü başlayıb

Londonda "BMT-nin sülhməramlı əməliyyatları" mövzusunda müdafiə nazirlərinin görüşü başlayıb İclasda Azərbaycanın müdafiə naziri Zakir Həsənov iştirak edir
Hərbi
8 Sentyabr , 2016 11:39
Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Londonda Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları mövzusunda keçirilən müdafiə nazirlərinin görüşü başlayıb.

"Report" xəbər verir ki, iclasın işində  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edəcək.

Görüş zamanı nazirlər əməkdaşlıq məsələlərini və bir sıra ölkələrdə BMT-nin sülhməramlı əməliyyatlarını müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi