Silahlı Qüvvələrin Baş Klinik Hospitalında unikal cərrahi əməliyyat keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında unikal cərrahi əməliyyat keçirilib 71 yaşlı Feyzulla Rzayevə Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib
Hərbi
14 Fevral , 2015 17:36
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında unikal cərrahi əməliyyat keçirilib

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında daha bir unikal cərrahi əməliyyat həyata keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə aorta-koronar şuntlama əməliyyatı olunan 71 yaşlı Feyzulla Rzayevə Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.

Mərkəzin rəisi doktor Anar Əmrahın rəhbərliyi ilə heyət tərəfindən "Qarın aortasının yırtılmış nəhəng anevrizması" qarın boşluğu açılmadan və anesteziya olunmadan qapalı üsulla xəstənin aortasına və hər iki qalça arteriyasına stend yerləşdirilərək yırtılmış damar bərpa olunub.

Müalicəsi uğurla başa çatdırılan F.Rzayev kafi vəziyyətdə evinə yazılıb.

Son xəbərlər

Orphus sistemi