Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub

Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.
Hərbi
9 İyun , 2023 17:36
Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub

Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, E.Əli-məmmədov Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmri ilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

Son xəbərlər

Orphus sistemi