Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi institutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.
Həmçinin təlim məşğələlərində azimutla hərəkət, mühəndis maneələrinin dəf edilməsi, yaralıların döyüş meydanından təxliyəsi, şərti düşmən hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsi və digər tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə icra edilib.
Kursantlarla keçirilən məşğələlərdə əsas məqsəd onların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsidir.