Kubanda azərbaycanlı əsgərin cəsədinin qalıqları yenidən dəfn edilib

Kubanda azərbaycanlı əsgərin cəsədinin qalıqları yenidən dəfn edilib Əsgər Əbdül Orucəliyev 1943-cü ildə Neşadimovski xutorunun müdafiəsi zamanı həlak olub
Hərbi
3 İyul , 2017 12:35
Kubanda azərbaycanlı əsgərin cəsədinin qalıqları yenidən dəfn edilib

Bakı. 3 iyul. REPORT.AZ/ Kubanda İkinci Dünya müharibəsi zamanı faşistlərə qarşı döyüşən azərbaycanlı əsgər Əbdül Orucəliyevin cəsədinin qalıqları yenidən dəfn olunub.

"Report" xəbər verir ki, azərbaycanlı əsgər 1943-cü ildə Neşadimovski xutorunun müdafiəsi zamanı həlak olub.

Məlumata görə, əsgərin ölümündən sonra onu yerli sakinlər dəfn edib, lakin əsgərdə heç bir sənəd olmadığından baş daşında ad yazılmayıb.

Bu il "Kuban xətti" axtarış qrupunun üzvləri həlak olmuş əsgərin kimliyini müəyyənləşdirib. Onun xutor qəbiristanlığında qardaşlıq məzarlığında dəfn edilməsinə qərar verilib.

Dəfn mərasimi zamanı silahla hərbi salam verilib.

Azərbaycana Əbdül Orucəliyevin dəfni ilə bağlı məlumat göndərilib.

Son xəbərlər

Orphus sistemi