Komanda-qərargah hərb oyunları Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Orduda davam edir - VİDEO

Komanda-qərargah hərb oyunları Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Orduda davam edir - VİDEO Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək
Hərbi
18 Noyabr , 2017 18:10
Komanda-qərargah hərb oyunları Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Orduda davam edir - VİDEO
mod.gov.az

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin cəlb edildiyi komanda-qərargah hərb oyunlarının birinci - hazırlıq mərhələsi Naxçıvan Qarnizonunun qoşunlarında başa çatdırılaraq ikinci mərhələyə start verilib.

“Report” Müdafiə Nazirliyinə istinafən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun birbaşa və əməliyyat tabeliyində olan birləşmə və hissələrin qərargahlarında komanda-qərargah hərb oyunlarına hazırlıq planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib.

Zabitlərin, qərargahların və ümumilikdə qoşunların hərb oyununda iştirakının yüksək səviyyədə təşkil edilməsi məqsədilə müxtəlif kateqoriyadan olan zabitlərlə toplantı və mühazirələr, eləcə də qoşunların idarə olunmasında komandir heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün radioməşqlər keçirilib.

Yeni istismara verilmiş Təlim və Tədris Mərkəzinin Hərb Oyunları Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilərək fəaliyyətlərin nəticələri təhlil edilib.

Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi