Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu - YENİLƏNİB

Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu - YENİLƏNİB Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib
Hərbi
476
19 İyun , 2021 11:43
Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu - YENİLƏNİB

Kəlbəcərdə göldə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10.29

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn ediləcək

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi