Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel y
Hərbi
19 İyun , 2022 09:22
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi