Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntə
Hərbi
13 Oktyabr , 2022 18:40
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi