Keçmiş SSRİ-də yaradılan ilk hərbi qənimətlər muzeyi - REPORTAJ

Keçmiş SSRİ-də yaradılan ilk hərbi qənimətlər muzeyi - REPORTAJ Muzeydə ilk geniş həcmli sərgi 1946-cı ildə dünya mediasının iştirakı ilə baş tutub
Hərbi
16 May , 2021 12:19
Keçmiş SSRİ-də yaradılan ilk hərbi qənimətlər muzeyi - REPORTAJ

Kiyevdə 1943-cü ildə, İkinci Dünya müharibəsi dövründə hələ Ukraynanın bir hissəsi alman faşistələrindən azad olmamış əsası qoyulan, burada azad olunmuş ərazilərdə almanlardan əldə edilmiş qənimətlərin ilk dəfə sərgilənməyə başlandığı hərbi muzey keçmiş SSRİ məkanında bu müharibədən sonra ilk muzey hesab olunur.

“Report”un Şərqi Avropa bürosu hazırda İkinci Dünya müharibəsini əhatə edən Ukraynanın Milli Tarix Muzeyi adlanan, Ukraynanın şərqində suverenlik uğrunda gedən Donbas müharibəsindən qalmış əşyalar nümayiş etdirilən muzey-kompleksdən reportaj hazırlayıb.

Sonralar İkinci dünya müharibəsi ilə bağlı dünyanın bir çox yerlərində bu tip hərbi muzeylərin sayı çoxalsa da Kiyevdəki qeyd etdiyimiz muzey özünəməxsusluğu və tarixi yolu ilə fərqlənib. Muzeydə ilk geniş həcmli sərgi 1946-cı ildə dünya mediasının iştirakı ilə baş tutub. Müharibədən sonra muzeyin həcmi və sərgilənən komponentlərin tərkibi genişlənsə də 1954-cü ildə müəyyən səbəblərdən SSRİ rəhbərliyi tərəfindən müəyyən müddətə bağlanır. Lakin 1974-cü ildə yenidən və daha geniş təqdimatla ziyarətçilərin üzünə açılır. İlk əvvəl hərbi muzey adı ilə fəaliyyət göstərən məkan insanlar tərəfindən o qədər maraqla qarşılanır ki, Sovet İttifaqı rəhbərliyi Kiyevin Peçerski rayon ərazisində ona yaxın yerdə memorial kompleks inşa edib məkana dövlət statuslu muzey-kompleks adı verib. Bu statusda ilk açılışı isə 1981-ci ildə baş tutub. Muzey-memorial kompleksin məramı ondan ibarət olur ki, İkinci Dünya müharibəsinin yaratdığı fəsadlar, faşizm və onları qəhrəmancasına məğlub edən sovet xalqlarının yeni nəslinə nümayiş olunsun. Muzey-kompleks keçmiş SSRİ-də ən böyük kompleks hesab olunub və burada nümayiş olunan əşyaların sayı ümumilikdə 400 minə yaxın olub.

Ukraynanın müstəqillik dövründə - 1996-cı ildə Ukrayna prezidentinin sərəncamı ilə muzey-kompleksə milli sərvət və elmi araşdırmalar üçün mərkəz statusu verilib. 2015-ci ildə isə Ukrayna rəhbərliyi tərəfindən muzeyin adı dəyişdirilərək “İkinci Dünya müharibəsini əhatə edən Ukraynanın Milli Tarix Muzeyi. Memorial Kompleks” adı verilib.

Son xəbərlər

Orphus sistemi