Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri birgə təlimlərin keçirilməsini müzakirə edib - YENİLƏNİB-2

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri birgə təlimlərin keçirilməsini müzakirə edib - YENİLƏNİB-2 Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə və Gürcüstandan olan həmkarları Hulusi Akar və İrakli Qaribaşvili arasında üçtərəfli görüş başlayıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Hərbi
21 Dekabr , 2022 17:36
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri birgə təlimlərin keçirilməsini müzakirə edib - YENİLƏNİB-2

Dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.

17.07

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başa çatıb.

"Report" xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

14.51

Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başlayıb.

“Report” xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Z.Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib.

Son xəbərlər

Orphus sistemi