İşğaldan azad olunmuş torpaqlarda xidmət edən hərbçilər nə vaxt vaksinasiya olunacaq?

İşğaldan azad olunmuş torpaqlarda xidmət edən hərbçilər nə vaxt vaksinasiya olunacaq? DSX-də vaksinasiya prosesi ölkədəki qəbul olunan təlimata uyğun olaraq aparılır
Hərbi
18 Fevral , 2021 15:38
İşğaldan azad olunmuş torpaqlarda xidmət edən hərbçilər nə vaxt vaksinasiya olunacaq?

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə işğaldan azad olunmuş torpaqlarda xidmət edən heyətin vaksinasiyasına nə zamandan başlanılacağı barədə açıqlama verib.

"Report"un məlumatına görə, Tibb Xidmətinin rəisi jurnalistlərə bildirib ki, DSX-də vaksinasiya prosesi ölkədəki qəbul olunan təlimata uyğun olaraq aparılır:

"Ona görə də bu, mərhələli xarakter daşıyır. İşğaldan azad olunmuş torpaqlarda xidmət edən heyətin vaksinasiyası Bakı Qarnizonu bitdikdən sonra davam etdiriləcək. Bu, bizdə olan saydan asılıdır. Düşünürəm ki, Bakı və Bakı ətrafı rayonları, biz, yəqin ki, bir ay müddətində əhatə etdikdən sonra ölkədəki vəziyyət və tələb və qaydalara uyğun davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi