İran HDQ-nin komandanı hərbi institut və "N" hərbi hissəsini ziyarət edib

İran HDQ-nin komandanı hərbi institut və "N" hərbi hissəsini ziyarət edib Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin "N" hərbi hissəsini ziyarət edib.
Hərbi
7 Dekabr , 2023 10:09
İran HDQ-nin komandanı hərbi institut və N hərbi hissəsini ziyarət edib

Azərbaycanda səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin "N" hərbi hissəsini ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin institutun ərazisindəki abidəsi önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Qonaqlara hərbi institutun yaranma tarixi və fəaliyyəti ilə bağlı brifinq təqdim olunub.

Müxtəlif kafedralar və kursantların tədris prosesi ilə tanışlıqdan sonra iranlı nümayəndələrə HDQ-nin "N" hərbi hissəsində şəxsi heyətlə keçirilən döyüş hazırlığı tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi