"Bizim ümidimiz və tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yalnışlıq etməməsi və regionda atəşkəsin daimi olması, sabitliyin təmin edilməsidir".
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.
“30 ildir işğal altında qalan torpaqlarını “Tək Vətən Hərəkatı” ilə 44 gün ərzində azad edən Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edirəm. Uğurlu əməliyyatdan sonra yaradılan birgə Monitorinq Mərkəzində Türkiyə Silahlı Qüvvələri Rusiya hərbçiləri ilə birlikdə xidmət göstərir, atəşkəsi müşahidə edir, atəşkəsin daimi olması üçün birlikdə səy göstərirlər.
Bununla yanaşı, kustar üsulla hazırlanan partlayıcıların, minaların təmizlənməsi istiqamətində Türkiyə Silahlı Qüvvələri olaraq əlimizdən gələni edirik, bunu davam etdirəcəyik”, - H.Akar bildirib.