Hulusi Akar: “Regionun barış və sabitlik içində olması böyük önəm daşıyır”

Hulusi Akar: “Regionun barış və sabitlik içində olması böyük önəm daşıyır” “Qafqaz kimi önəmli bölgənin vacib ölkəsi olan Gürcüstanda Azərbaycanla keçirdiyimiz təlimlər müdafiə qüvvələrimiz üçün faydalı olacaq”.
Hərbi
5 Oktyabr , 2021 14:49
Hulusi Akar: “Regionun barış və sabitlik içində olması böyük önəm daşıyır”
Hulusi Akar
0 : 00
0 : 00

“Qafqaz kimi önəmli bölgənin vacib ölkəsi olan Gürcüstanda Azərbaycanla keçirdiyimiz təlimlər müdafiə qüvvələrimiz üçün faydalı olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, üç ölkənin müdafiə nazirlərinin görüşünü mövcud münasibətlərin müzakirəsi və gələcək perspektivlərin dəyərləndirilməsi baxımından yaxşı fürsət adlandırıb.

Nazir görüşdə bölgədə sülh və sabitliyin qorunması istiqamətində görülə bilinəcək işlərə də toxunulduğunu qeyd edib: “Bu bölgə, bu coğrafiya bir çox mənada, neft və qaz boru kəmərləri baxımından da çox önəmlidir. Bu səbəbdən bu regionun barış və sabitlik içində olması yalnız bizlər üçün deyil, eyni zamanda bütün bölgə üçün böyük önəm daşıyır”.

H.Akar bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasında genişlənməkdə, hər an, hər keçən gün dərinləşməkdə olan və çərçivələri genişlənən münasibətlər qarşıdakı illərdə hər sahədə daha da inkişaf edəcək: “Ölkələrimiz arasında münasibətlərin inkişafını məmnuniyyətlə müşahidə edirik. Bu, sadəcə ölkələrimiz üçün deyil, eyni zamanda bölgədəki digər ölkələr üçün də örnək ola bilər”.

Son xəbərlər

Orphus sistemi