Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir

Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb
Hərbi
609
15 May , 2021 13:26
Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.
Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

Son xəbərlər

Orphus sistemi