Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib - FOTO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib - FOTO Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib.
Hərbi
20 Oktyabr , 2019 15:56
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib - FOTO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə məktəbin zabit və kursant heyəti iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Tədbirdə müstəqillik yolunda Ulu Öndərin əvəzsiz fəaliyyətindən danışılıb, bu günün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi vurğulanıb.

Sonda hərbi vətənpərvərlik mövzusunda Xalq artisti Azərinin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla dinlənilib.

Son xəbərlər

Orphus sistemi