Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Türkiyənin 30 avqust "Zəfər bayramı”na həsr olunmuş təntənəli mərasimdə düşərgənin gənc vətənpərvərləri ilə yanaşı Müdafiə Nazirliyinin, Gədəbəy rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri, bölgənin müdafiəsində dayanan hərbi hissənin döyüşçüləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan - Türkiyə qardaşlığından danışıb, 30 avqust "Zəfər bayramı"nın tarixi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Birinci Cahan savaşından sonra Osmanlı Türkiyəsi parçalanmaq təhlükəsi qarşısında qalarkən Mustafa Kamal Paşa öz tərəfdarları ilə mücadiləyə qalxaraq ölkəni işğalçılardan azad edib, təcavüzkar dövlətlərin qoşunlarının ölkə ərazilərindən çıxarılmasına nail olublar. 1923-cü ildə ilk dəfə, 1936-cı ilin may ayından sonra isə rəsmi olaraq 30 avqust günü “Zəfər bayramı" kimi qeyd edilməyə başlanıb.
A.Qurbani nəzərə çatdırıb ki, Türkiyə ilə Azərbaycanın şanlı ənənələrə bağlı tarixi dostluğu və qardaşlığı bu gün də uğurla davam etdirilir: "Türkiyə dövlətinin qurucusu ölməz Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır", ulu öndər
Mərasimdə vurğulanıb ki, Türkiyə və Azərbaycan ordularının nümayəndələrinin birgə təlimləri artıq ənənə şəklini alıb. Bu günlərdə yenə də "TurAz qartalı" birgə uçuş təlimlərinə start veriləcək.
Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, hər il 30 avqust günündə qardaş Türkiyədə hərbi məktəblərin məzunlarına "leytenant" hərbi rütbəsi verilir. Onların sıralarında Azərbaycan oğulları da yetərincədir. Bu il də neçə-neçə azərbaycanlı gənc Türkiyə ali hərbi məktəblərini müvəffəqiyyətlə bitirərək zabit rütbəsinə layiq görülüb.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək Müdafiə Nazirliyinin 30 avqust "Zəfər bayramı"nın "Hərbiyyə" düşərgəsində təşkil etdiyinə görə minnətdarlıq edib.
"Hərbiyyə-2019" hərbi vətənpərvərlik düşərgəsində keçirilən ümumi hərbi hazırlıq, xüsusi dağ hazırlığı, atıcılıq və digər yarışlarda fərqlənən gənc vətənpərvərlərə, Qarabağ müharibəsi qazilərinə, həmçinin qonaqlara Müdafiə Nazirliyinin nəşri olan "Azərbaycan-Türkiyə: Qardaşlığın Təntənəsi" kitab-albomları hədiyyə edilib.
Hərbi orkestr "Mehtər" marşlarını, Azərbaycan Milli Konservatoriyasının tələbələri Nicat və Rəvan Əliyevlər isə türk vətənpərvərlik mahnılarını ifa ediblər.
Tədbir Üzeyir Hacıbəyov və Əhməd Cavadın birgə yazdıqları "Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına" misrası ilə başlanan məşhur mahnının bütün iştirakçılar tərəfindən birgə ifası ilə başa çatıb.