“Hərbi xidmətlərə görə” medalı 1 981 hərbçiyə verilib

“Hərbi xidmətlərə görə” medalı 1 981 hərbçiyə verilib Dekabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Hərbi
30 Dekabr , 2020 12:03
“Hərbi xidmətlərə görə” medalı 1 981 hərbçiyə verilib
0 : 00
0 : 00

Dekabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-mayor, 24-ü polkovnik, 105-i isə polkovnik-leytenantdır.

Son xəbərlər

Orphus sistemi