Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhb
Hərbi
9 Dekabr , 2021 09:25
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi