Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıb

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıb Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar. Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələ
Hərbi
13 Avqust , 2022 16:48
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıb

Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

Son xəbərlər

Orphus sistemi