Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama: "Ekspertizanın bir hissəsi Moskvada aparılır"

Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama: "Ekspertizanın bir hissəsi Moskvada aparılır" “Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Moskvada ekspertiza institutlarında həyata keçirilir”.
Hərbi
1 Noyabr , 2021 12:02
Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama: Ekspertizanın bir hissəsi Moskvada aparılır
Xanlar Vəliyev

“Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Rusiyanın paytaxtı Moskvanın ekspertiza institutlarında həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

O vurğulayıb ki, ekspertizanın bir hissəsi başa çatıb, digərləri isə davam edir: “Çünki bu asan iş deyil. Burada çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

Son xəbərlər

Orphus sistemi