Hərbi Dəniz Qüvvələrinin təlimləri sona çatıb

Hərbi Dəniz Qüvvələrinin təlimləri sona çatıb Təlimlərdə şəxsi heyət qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetirib
Hərbi
25 Avqust , 2016 19:30
Hərbi Dəniz Qüvvələrinin təlimləri sona çatıb

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 22-dən Hərbi Dəniz Qüvvələrində başlayan təlimlər bu gün sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, 3000 nəfərədək şəxsi heyət, 30-dan çox döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusunun iştirakı ilə baş tutan təlimlər bir neçə mərhələdə həyata keçirilib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların cəlb olunduğu təlimlərdə şəxsi heyət qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.

Təlimlərin döyüş atışlı əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Son xəbərlər

Orphus sistemi