Hərbi Dəniz Qüvvələrinin komandanı "Dəniz kuboku"ndan danışdı

Hərbi Dəniz Qüvvələrinin komandanı "Dəniz kuboku"ndan danışdı "Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, 4 ildir "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir".
Hərbi
525
24 Avqust , 2020 11:29
Hərbi Dəniz Qüvvələrinin komandanı Dəniz kubokundan danışdı

"Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, artıq 4 ildir "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, Azərbaycan və Rusiya Dəniz Qüvvələri pandemiya şəraiti olmasına baxmayaraq, müsabiqənin keçirilməsinə qərar verdi:

"Müsabiqə 6 mərhələdən ibarətdir: - Dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarşı artilleriyaı atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi və dəniz vərdişləri.

Müsabiqədə Rusiyanın "Mahaçqala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə G-122 gözətçi gəmisi olmaqla ümumilikdə 2 gəmisi iştirak edəcək. Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".

Son xəbərlər

Orphus sistemi