Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib Kapitan Hicran Rüstəmzadə kursantları təbrik edib
Hərbi
31 Avqust , 2016 18:48
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümümmilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Buraxılış mərasimində Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə kursantları təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi