Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb

Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.
Hərbi
13 Sentyabr , 2021 09:55
Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib.

Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edən kontr-admiral S.Bəkirov onlara gələcək xidmətlərində daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Qeyd edək ki, iki qardaş ölkə ordularının nümayəndələrinin iştirakı ilə keçirilən birgə təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı bölmələrin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı tapşırıqların icrası zamanı uzlaşmanın təmin edilməsi, eləcə də peşəkarlığın və bölmələrin idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi