Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib

Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib Məzunlara sertifikatlar təqdim edilib
Hərbi
119
31 Mart , 2017 11:23
Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib
Mod.gov.az

Bakı. 31 mart. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək kursu bitirən dinləyiciləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi