"Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib
Hərbi
- 18 avqust, 2022
- 17:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar "Hava hədəfinə artilleriya atışı" çalışmasını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.
Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.
Son xəbərlər
16:15
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
16:14
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
Fərdi
16:13
Sənan Vəlizadə: "Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir"
İKT
16:12
Abid Ələsgərzadə: "Kibertəhlükəsizlik insidentləri barədə AMB-yə məlumatın vaxtında verilməməsi pozuntu sayılır"
İKT
16:11
Nasir Al-Darmaki: Muzeylər müxtəlif mədəniyyətlərin nümayəndələrinə təcrübə bölüşmək imkanı verməlidir
Xarici siyasət
16:10
Foto
Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair "Yol Xəritəsi" imzalanıb
Hərbi
16:07
Azərbaycan mediasının inkişaf strategiyası və yeni prioritetləri müzakirə olunub
Media
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə