Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycanda hərbi hissələri ziyarət edib

Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycanda hərbi hissələri ziyarət edib Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri
Hərbi
21 Fevral , 2023 16:46
Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycanda hərbi hissələri ziyarət edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyib.

Sonra nümayəndə heyəti HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək silahlanmada olan hərbi texnika ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi