Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi peşəkarlıq qabiliyyətinin artırılması istiqamətində müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda, son zamanlar Türkiyədə keçirilmiş kurslarda iştirak edirlər.
Bu sözləri "Report"a açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə təşkil olunmuş mediaturda Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadə deyib.
O bildirib ki, DSX-nin Sahil Mühafizəsi peşəkarlıq qabiliyyətinin artırılması istiqamətində müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda, son zamanlar isə Türkiyədə keçirilmiş kurslarda iştirak edirlər:
"Bununla yanaşı DSX-nin Sahil Mühafizəsinin təlim tədris bazasında da təlimlər keçirilir. Sərhədçilərin peşəkarlığının artırılması daim diqqət mərkəzindədir. Yeni texnikaların dövlət sərhədinin mühafizəsində tətbiqi və onların sərhədçi zabit, gizirlərə öyrədilməsi həyata keçirilir. Sərhadboyu ərazilərdə yerləşdirilmiş radarlar, kameralar vasitəsi ilə dövlət sərhədinin etibarlı mühafizəsi təmin olunur. Əldə olunan hər hansı bir məlumat təhlil olunur. Bu ilin birinci yarımilində bu istiqamətdə yüksək nəticələr əldə olunub".