General: "DİN-in hərbçiləri Vətən müharibəsində şərəfli döyüş yolu keçib"

Hərbi
  • 05 noyabr, 2022
  • 12:43
General: DİN-in hərbçiləri Vətən müharibəsində şərəfli döyüş yolu keçib
İnqilab Muradov

"Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçib".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradov Zəfər Gününün ikinci ildönümünə həsr olunan mərasimdə deyib.

O bildirib ki, Daxili Qoşunların şəxsi heyəti Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak edib:

"Torpaqlarımızın azad olunması zamanı Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Minlərlə əməkdaş isə orden və medallarla təltif olunub".