General: "Azad edilmiş ərazilərdə ermənilərin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir"

General: "Azad edilmiş ərazilərdə ermənilərin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir" "Azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir".
Hərbi
9 Dekabr , 2022 18:15
General: Azad edilmiş ərazilərdə ermənilərin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir

"Azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov dekabrın 9-da Rusiyanın paytaxtı Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

General-mayor iştirakçılara Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir. Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi