Bakı. 9 yanvar. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
"Report"
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. Bu gün məzun olan hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar. Belə ki, hərbi rəhbərlərin “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini rahat şəkildə, peşəkar səviyyədə tədris etmələri üçün Naxçıvan Muxtar Respublikasında hərtərəfli şərait yaradılıb. Həm də “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda ildə iki dəfə olmaqla təlim toplantıları keçirilir.
Məzun Hüseyn Bağırov peşəkarlıqlarının artırılmasına xidmət edən zabit hazırlığı kursunun muxtar respublikamızda təşkil olunmasının hərb işinə verilən yüksək dəyər olduğunu vurğulayaraq dövlətimizə minnətdarlığını bildirib.
Sonra general-mayor Fazil Ağalarov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları haqqında müdafiə nazirinin əmrini çatdırıb.
Əmr oxunduqdan sonra kursu daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr, bütün məzunlara isə sertifikatlar təqdim edilərək xidmətlərində uğurlar arzulanıb.
Kurs birincisi Abbas Səfərov xatirə lövhəsinə buraxılış emblemini vurub. Məzunlar döyüş bayrağı qarşısında and içdikdən sonra tribuna önündən təntənəli keçid olub. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.