Gəncədə Silahlı Qüvvələr Günü qeyd edilib

Hərbi
  • 24 iyun, 2023
  • 17:36
Gəncədə Silahlı Qüvvələr Günü qeyd edilib

Gəncə şəhərində Silahlı Qüvvələrin yaranmasının 105-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə hərbçilər, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra N saylı hərbi hissədə İdarəetmə Məntəqəsi ilə tanışlıq olub.

Tədbir çərçivəsində Gəncə şəhər Heydər Əliyev parkında olan "Zəfər Tağının" önündə Silahlı Qüvvələrin arsenalına daxil olan hərbi texnikalar, zirehli maşınlar və müxtəlif silahlar olan sərgi təşkil edilib.

Tədbirin sonunda konsert proqramı və atəşfəşanlıq olub.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti