Əsgərlərin siqaret problemi ilə bağlı rəsmi açıqlama

Əsgərlərin siqaret problemi ilə bağlı rəsmi açıqlama "Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar".
Hərbi
23 Dekabr , 2020 13:40
Əsgərlərin siqaret problemi ilə bağlı rəsmi açıqlama
0 : 00
0 : 00

"Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi