DSX-nin sərhəd zastavası istifadəyə verilib

DSX-nin sərhəd zastavası istifadəyə verilib Fevral ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası əsaslı təmir edilərək xidməti istifadəyə verilib.
Hərbi
29 Fevral , 2024 15:12
DSX-nin sərhəd zastavası istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının zastavası istifadəyə verilib.

Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Bildirilib ki, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən və dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası təmir edilərək istifadəyə verilib.

Açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov iştirak edib.

Sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Son xəbərlər

Orphus sistemi