"Ermənistanın Azərbaycanda törətdiyi qeyri-insani yanaşmaya qarşı dünya birliyindən adekvat münasibət yoxdur" - RƏY

"Ermənistanın Azərbaycanda törətdiyi qeyri-insani yanaşmaya qarşı dünya birliyindən adekvat münasibət yoxdur" - RƏY “Ermənistanın Azərbaycan ərazisində törətdiyi qeyri-insani yanaşma və geniş ərazidə çoxsaylı minalı sahələr yaratmasına qarşı dünya birliyindən hələ də adekvat münasibət yoxdur”.
Hərbi
3 Oktyabr , 2022 15:33
Ermənistanın Azərbaycanda törətdiyi qeyri-insani yanaşmaya qarşı dünya birliyindən adekvat münasibət yoxdur - RƏY

“Ermənistanın Azərbaycan ərazisində törətdiyi qeyri-insani yanaşma və geniş ərazidə çoxsaylı minalı sahələr yaratmasına qarşı dünya birliyindən hələ də adekvat münasibət yoxdur”.

Bu sözləri “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, erməni diasporunun güclü olduğu dövlətlər özlərinin qəbul etdikləri konvensiyaları heçə sayaraq problemi seçki alverinə çevirib, öz maraqlarına qurban verirlər.

Minalanmış ərazilərlə əlaqədar münasibətin bütün dünyada birmənalı olduğunu qeyd edən ekspert əlavə edib ki, minadan istifadə qadağaları ilə bağlı konvensiya var və problemin həlli üçün beynəlxalq səviyyədə müəyyən addımlar atılır:

“Ancaq bütün bunlara baxmayaraq Ermənistanın Azərbaycan ərazisində törətdiyi qeyri-insani yanaşma və geniş ərazidə çoxsaylı minalı sahələr yaratmasına qarşı dünya birliyindən hələ də adekvat münasibət yoxdur. Bütün bunlar deməyə əsas verir ki, sözügedən problem uzun illər Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalacaq. Ermənistanın bu məsələdəki qeyri-konstruktiv mövqeyi də bizə bunu deməyə əsas verir. Onların verdiyi mina xəritələrindən istifadə etmək olmur, digər xəritələri də vermək istəmirlər. Ermənistan tərəfi düşmənçilik siyasətinə köklənərək minalarla bağlı yanaşmada beynəlxalq qurumlar tərəfindən qəbul edilən bütün konvensiyaların tələblərini pozmaqda davam edir. Baxmayaraq ki, Azərbaycan dövləti və cəmiyyəti mütəmadi olaraq bu məsələ ilə əlaqədar beynəlxalq qurumlara müraciət edir”.

 Şair Ramaldanov
Şair Ramaldanov

“Erməni diasporunun güclü olduğu dövlətlər özlərinin qəbul etdikləri konvensiyaları heçə sayaraq problemi seçki alverinə çevirib, öz maraqlarına qurban verirlər. İkili standartlar hökm sürdüyündən dünyada münaqişə ocaqlarının sayı getdikcə çoxalır. Münaqişələr artdıqca minalı sahələrin sayı da çoxalmağa davam edir. Ermənistanın törətdiyi vandalizmlə bağlı beynəlxalq qurumlar məlumatlandırılsa da, cinayətkar ölkəyə qarşı beynəlxalq səviyyədə təsir mexanizmlərindən istifadəni müşahidə etmirik. Hazırki acınacaqlı durum da məhz bu yanaşmanın fəsadlarıdır. Böyük dövlətlər bu cür münaqişələrdən sadəcə olaraq öz maraqları üçün istifadə edirlər” - , Ş.Ramaldanov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi