Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keç
Hərbi
22 İyul , 2020 20:20
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

Son xəbərlər

Orphus sistemi