Azərbaycan MN: "Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir"

Azərbaycan MN: "Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir" Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələ
Hərbi
1392
16 Noyabr , 2021 14:12
Azərbaycan MN: Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi