Ermənistan SQ-nin texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb

Ermənistan SQ-nin texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb Azərbaycan artilleriyasının dəqiq zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb.
Hərbi
12 May , 2023 23:49
Ermənistan SQ-nin texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb

Azərbaycan Ordusunun dəqiq artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb.

“Report” xəbər verir ki, bu görüntüləri “Caliber” nəşri yayıb.

Birinci videoda düşmənin “KamAZ” markalı yük maşınına dəqiq zərbə göstərilir. Qeyd olunub ki, zərbə zamanı düşmənin canlı qüvvəsi yük maşınında olub.

İkinci videoda isə Azərbaycan Ordusu Ermənistan SQ-nin minaatan heyətini dəqiq zərbə ilə məhv edir.

Son xəbərlər

Orphus sistemi