Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirilib - FOTO

Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirilib - FOTO PUA cəbhənin Tərtər rayonu istiqamətində xüsusi üsulla yerə endirilib
Hərbi
29 Dekabr , 2016 18:54
Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirilib - FOTO

Bakı. 29 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirilib. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib.

Son xəbərlər

Orphus sistemi