Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı vurulub

Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı vurulub Bu, gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi düşmənin ikinci pilotsuz uçuş aparatıdır
Hərbi
12 Dekabr , 2016 20:04
Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı vurulub

Bakı. 12 dekabr. REPORT.AZ/ Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

"Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 12-də axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu, gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi düşmənin ikinci pilotsuz uçuş aparatıdır.

Son xəbərlər

Orphus sistemi