Ermənistan beynəlxalq müdafiə sərgisində nümayiş etdirmək üçün silah tapmayıb

Ermənistan beynəlxalq müdafiə sərgisində nümayiş etdirmək üçün silah tapmayıb Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə dünyanın ən böyük beynəlxalq müdafiə sərgisi olan “IDEX-2021”in açılışında Ermənistan tərəfi də iştirak etsə də, ermənilərin stendi boş qalıb
Hərbi
22 Fevral , 2021 11:23
Ermənistan beynəlxalq müdafiə sərgisində nümayiş etdirmək üçün silah tapmayıb
0 : 00
0 : 00

Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə dünyanın ən böyük beynəlxalq müdafiə sərgisi olan “IDEX-2021”in açılışında Ermənistan tərəfi də iştirak etsə də, ermənilərin stendi boş qalıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, stendin icarəsinə dövlət büdcəsindən külli miqdarda pul xərclənsə də, eksponat nümayişi mümkün olmayıb.

Məlumata görə, buna səbəb Akop Arşakyanın başçılıq etdiyi Yüksək Texnologiyalar və Hərbi Sənaye Nazirliyinin bacarıqsızlığı olub. Belə ki, bu nazirlik silahların sərgiyə çatdırılmasını təşkil edə bilməyib. Bildirilib ki, Ermənistan silahları hələ də Moskvada qalıb.

Beləliklə, sərginin açılış günü iştirakçı ölkələr silah nümayiş etdirərkən erməni tərəfi buklet paylamaqla kifayətlənib.

Son xəbərlər

Orphus sistemi