Elvin Əzizov: “Tankçılarımız hərbi oyunlara ciddi hazırlaşıb”

Elvin Əzizov: “Tankçılarımız hərbi oyunlara ciddi hazırlaşıb” Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” çərçivəsində baş tutan “Dostluq Evi” festivalında Azərbaycan milli musiqisini və rəqsini beynəlxalq yarışmanın iştirakçılarına təqdim edib.
Hərbi
23 Avqust , 2020 15:34
Elvin Əzizov: “Tankçılarımız hərbi oyunlara ciddi hazırlaşıb”

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” çərçivəsində baş tutan “Dostluq Evi” festivalında Azərbaycan milli musiqisini və rəqsini beynəlxalq yarışmanın iştirakçılarına təqdim edib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət mərkəzinin kollektivinin bədii rəhbəri, polkovnik Elvin Əzizov "Report"un Rusiya bürosuna açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də, Azərbaycan ordusu bu yarışlarda təmsil olunur.

“Yarışlar çərçivəsində “Dostluq Evi”ndə Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən guşə yaradılıb. Burada Azərbaycan xalqının tarixi, milli köklərə bağlılığı, mədəniyyəti müxtəlif kompozisiyalarda əks olunur. Həmçinin, Azərbaycanın milli musiqisi və rəqsi də ordu oyunlarının iştirakçılarına və digər qonaqlara nümayiş etdirilir”.

Moskva vilayətinin Alabino poliqonunda Tank yarışmalarına münasibət bildirən polkovnik, Sakit Verdiyev isə “Report”un Rusiya bürosuna bildirib ki, Azərbaycan komandasını yarışlara ciddi şəkildə hazırlaşıb.

“Biz hər il hərbi oyunlarda iştirak edirik. İldən ilə nəticələrimizi analiz etsək uğurun göz qabağında olduğunu görmək olar. Qrup çərçivəsində Belarus, Çin və Serbiya ilə güclərimizi sınayacağıq. Bu bizim üçün demək olar ki, final mərhələsidir. Rəqiblərimiz güclüdürlər”.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi