Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb Fevral ayının 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutmuşdur. Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzif
Hərbi
1 Fevral , 2023 12:08
Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Bu barədə “Report”a Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 1-də Azərbaycanın DSX rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi