Ekspert: “Bakı Rusiya və NATO-nun yüksək hərbi rəhbərlərinin danışıqlar meydanına çevrilib”

Ekspert: “Bakı Rusiya və NATO-nun yüksək hərbi rəhbərlərinin danışıqlar meydanına çevrilib” “Rəsmi Moskva və Bakı arasında çox yüksək səviyyədə hərbi-texniki əməkdaşlıq mövcuddur. Azərbaycan Respublikasının Rusiya Federasiyasından aldığı silah-sursat və hərbi texnikanın həcmi KTMT üzvü olan dövlətlərin Rusiyadan aldığından dəfələrlə çoxdur. Rəsmi Bakı Moskva ilə hərbi-texniki əməkdaşlıq baxımdan Çindən sonra demək olar ikinci yerdədir. Bəzən ikinciliyi Hindistanla bölüşür”.
Hərbi
26 İyun , 2020 11:00
Ekspert: “Bakı Rusiya və NATO-nun yüksək hərbi rəhbərlərinin danışıqlar meydanına çevrilib”

“Rəsmi Moskva və Bakı arasında çox yüksək səviyyədə hərbi-texniki əməkdaşlıq mövcuddur. Azərbaycan Respublikasının Rusiya Federasiyasından aldığı silah-sursat və hərbi texnikanın həcmi KTMT üzvü olan dövlətlərin Rusiyadan aldığından dəfələrlə çoxdur. Rəsmi Bakı Moskva ilə hərbi-texniki əməkdaşlıq baxımdan Çindən sonra demək olar ikinci yerdədir. Bəzən ikinciliyi Hindistanla bölüşür”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığı və onun daha da gücləndirməsi üsulları barədə danışarkən deyib.

“Bundan əlavə, xeyli sayda azərbaycanlı zabit və kursant Rusiya hərbi təhsil müəssisələrində təhsil alır. Mən bunu hələ yalnız Rusiya-Azərbaycan hərbi əməkdaşlığı çərçivəsində hərbi ali məktəblərdə təhsil alan Azərbaycan vətəndaşlarını nəzərdə tutaraq deyirəm. Üstəlik, azərbaycanlılar təkcə Rusiya Müdafiə Nazirliyinin yox, həm də digər güc strukturlarında - Rusiya Fövqəladə Hallar Nazirliyində və Rusiya Milli Qvardiyasının təhsil müəssisələrində oxuyur”, - o əlavə edib.

“Eyni zamanda Bakının son vaxtlar Rusiya və NATO-nun ən yüksək hərbi rəhbərləri arasında demək olar daimi və əsas danışıqlar meydanına çevrilməsi faktına diqqət yetirmək istərdim. Buna görə də, fikrimcə, rəsmi Moskva, Bakı və NATO-nun Brüsseldəki mənzil-qərargahı arasında bunun müqavilə əsasında gücləndirilməsinə ehtiyac var”, - ekspert vurğulayıb.

Ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi perspektivlərindən danışan A.Perenciyev sərhəd xidmətləri arasında əməkdaşlığın inkişafının, habelə sərhəd bölgələrində xilasetmə qurumları arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasının vacibliyini qeyd edib. “Düşünürəm ki, bu problemin həlli üçün ölkələrimiz arasında ayrıca bir müqavilə bağlamağa ehtiyac var”, - A.Perenciyev bildirib.

Son xəbərlər

Orphus sistemi