Deputat: "Ordunun nüfuzuna ziyan vurmağa cəhd göstərənlərə layiqli cavab veriləcək"

Deputat: "Ordunun nüfuzuna ziyan vurmağa cəhd göstərənlərə layiqli cavab veriləcək" “Əgər kimsə Azərbaycan Ordusunun nüfuzuna ziyan vurmağa cəhd göstərsə, həmin şəxsə layiqli cavab veriləcək və heç kəsin keçmiş xidmətlərinə baxılmayacaq”.
Hərbi
1114
28 Aprel , 2020 17:24
Deputat: Ordunun nüfuzuna ziyan vurmağa cəhd göstərənlərə layiqli cavab veriləcək

“Əgər kimsə Azərbaycan Ordusunun nüfuzuna ziyan vurmağa cəhd göstərsə, həmin şəxsə layiqli cavab veriləcək və heç kəsin keçmiş xidmətlərinə baxılmayacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, ordu haqqında yalan məlumatlar yayan bəzi ehtiyatda olan hərbçiləri Ermənistanın əlində alətə olmamağa çağırıb: “Təkcə müharibə dövründə yox, istənilən dövrdə ordu ilə bağlı həddindən artıq məsuliyyətlə danışmaq lazımdır. Ordu müstəqilliyimizin qarantıdır. Onun haqqında dövlət sirri olan məlumatları yaymaq, dəqiq olmayan informasiyanı danışmaq ölkənin müdafiə qabiliyyətinə ciddi mənfi təsir edən amillərdir. Bunu edənlər həm ordu ilə birbaşa əlaqədə olanlar, həm də sadəcə ordu haqqında fikir bildirmək istəyən vətəndaşlardır. Mən çox istərdim ki, xüsusilə ehtiyatda olan hərbçilər ordu ilə bağlı material yaydıqda diqqətli olsunlar”.

A.Mirzəzadə vurğulayıb ki, düşmən sosial şəbəkələri və Azərbaycan mətbuatını daim izləyir, məqsədli şəkildə azərbaycanlı adı ilə hesablar açırlar: “Həmin profillər vasitəsilə Azərbaycan haqqında nahaqq, yalan məlumatlar paylaşırlar. Yalan məlumatlar yayan ehtiyatda olan hərbçilər düşmən tərəfin əlində alətə çevrilirlər. Buna yol vermək olmaz. Bəzən ordu ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılır, bunlar qəbuledilməzdir.

Ən əsası, ordu ilə bağlı informasiya yayanda ancaq rəsmi mənbələrə istinad etmək lazımdır. Digər məlumatların verilməsi istər-istəməz ordu ilə bağlı düzgün olmayan xəbərlərin paylaşılmasına səbəb olur. Bu istiqamətdə bizim qabaqlayıcı qanunlarımız var. Mən istərdim ki, ordu ilə məlumat yayanlar həmin məlumatların məsuliyyətini dərk etsinlər”.

Son xəbərlər

Orphus sistemi