"İndiyədək Dövlət Sərhəd Xidmətinin (DSX) 23 nəfər hərbi qulluqçusu və mülki işçisi vaksinasiya olunub".
"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə deyib.
"Bu gündən etibarən DSX-nin Bakı Qarnizonu, daha sonra isə hərbi hissələr üzrə kütləvi şəkildə vaksinasiya davam edəcək. Bütün məlumatlar toplandıqdan sonra təhlil olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək", - o bildirib.
K.Yusif-zadə vurğulayıb ki, sərhədçilər arasında da koronavirusa yoluxan var: "Hazırda 6 nəfər COVID-19 virusunun daşıyıcısıdır".