“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilər yola salınıb

Hərbi
  • 17 avqust, 2021
  • 07:14
“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilər yola salınıb

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Tank Biatlonu" (Rusiya), "Artilleriya Atəşinin Ustaları" (Qazaxıstan), "Dəniz Kuboku" (İran) və "Mədəniyyət Ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.

“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilər yola salınıb

44 filmi