Denis Monastırski: “Ukraynada 88 diversiya qrupu aşkar edilib” - EKSKLÜZİV 

Denis Monastırski: “Ukraynada 88 diversiya qrupu aşkar edilib” - EKSKLÜZİV  “Müharibənin ilk günlərində Kiyevə, digər böyük şəhərlərə, o cümlədən Odessaya, Xarkova, Mariupola, Xersona və başqalarına onlarla diversiya qrupları daxil olurdu. Onların məqsədi dövlətin rəhbərliyinə maksimum ziyan vurmaq, müdafiə vasitələrini, şəhərlər
Hərbi
14 May , 2022 15:26
Denis Monastırski: “Ukraynada 88 diversiya qrupu aşkar edilib” - EKSKLÜZİV 

“Müharibənin ilk günlərində Kiyevə, digər böyük şəhərlərə, o cümlədən Odessaya, Xarkova, Mariupola, Xersona və başqalarına onlarla diversiya qrupları daxil olurdu. Onların məqsədi dövlətin rəhbərliyinə maksimum ziyan vurmaq, müdafiə vasitələrini, şəhərlərin həyat fəaliyyətini, məsələn, elektrik yarımstansiyalarını, qazpaylayıcı qovşaqları sıradan çıxarmaq idi”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

“Gündə yüzlərlə məlumatı yoxlamalı olurduq. Onların 90 faizi feyk çıxırdı. Sonradan bunun Rusiya tərəfdən qəsdən atılan addım olduğunu başa düşdük. Onlar diversiya qruplarını aşkar etməməyimiz üçün bizi çaşdırmaq istəyirdi. Amma təkcə polisimiz 88 belə diversiya qrupunu aşkar və ifşa edib. Bu, böyük rəqəmdir. Bu qrupların tərkibinə 700-dən çox insan daxil idi. Başqa sözlə, onlar müxtəlif tapşırıqlar almış böyük diversiya qrupları idi. Onların hamısı həbs olunub, bəziləri də həbs zamanı müqavimət göstərdiyinə görə məhv edilib. Çünki saxlama mümkün olmadıqda diversantın məhv edilməsi ilə bağlı konkret və aydın göstəriş vermişdim", - nazir əlavə edib.

Onun sözlərinə görə, bütün bu hallarda cinayət işi açılırdı: "Onların bəziləri hələ də davam edir, bəziləri isə artıq Təhlükəsizlik Xidmətinə ötürülüb. Bu gün diversiya qruplarının müasir müharibənin ciddi silahı olduğunu, onların Ukraynanın iqtisadiyyatına, müdafiəsinə ziyan vura biləcəyini anlayırıq. Hətta ali baş komandanın ətrafındakılara, bilavasitə Ukrayna Prezidentinə qarşı sui-qəsd təşkil olunacağına dair xeyli məlumat da almışdıq. Odur ki, bunun yaxın gələcəkdə hüquq-mühafizə orqanlarımız üçün ciddi çağırış olaraq qalacağını anlayırıq”.

Müsahibənin geniş variantı ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi